بیرلیکده

میخانه دن آیریلدیق اول یاریله بیرلیکده

پیمانه نی سیندیردیق دیلداریله بیرلیکده

پوچ بیرهوس اوستونده بیروارلیقی یوخ سایدیق

اسراره قلم چکدیک ایلقاریله بیرلیکده

سوز صحبت اولوب ایندی گئچمیشده قالان گونلر

آنجاق یاشیرام منده اسراریله بیرلیکده

بیل کی بئله سوداده عشق اولسا زیانیمدی

هر یئرده کی یار اولسا اغیاریله بیرلیکده

قالدیم بو معمّاده یارب بو نئجه سئردی

بیر عومره گره ک دوزسون گل خاریله بیرلیکده

تافایده سیزگوردوم اول نسخه دن ال چکدیم

بیلدیم کی طبیب ئولدو بیماریله بیرلیکده

عشقین حرمین گزدیک بیر یئرده خطا ائتدیک

دفن ایله دیک( ائلداری) اشعاریله بیرلیکده

مهدی همت زاده (ائلدار) - ماکو

Birlikdə

Meyxanədən ayrıldıq ol yarilə birlikdə

Peymanəni sındırdıq dildarilə birlikdə

Püç bir həvəs üstündə bir varlıqı yox saydıq

əsrarə qələm çəkdik ilqarilə birlikdə

söz söhbət olub indi geçmişdə qalan günlər

ancaq yaşıram məndə əsrarilə birlikdə

bilki belə sovdadə eşq olsa ziyanımdı

hər yerdəki yar olsa əğyarilə birlikdə

qaldım bu muəmmadə yarəb bu necə sırdı

bir ömrə gərək dözsün gül xarilə birlikdə

ta faidəsiz gördüm ol nüsxədən əl çəkdim

bildimki təbib öldü bimarilə bilikdə

eşqin hərəmin gəzdik bir yerdə xəta etdik

dəfn eylədik (eldarı) əş,ərilə birlkdə

mehdi - hemmətzadeh(eldar)- maku