Arazam mən

Bir axar çay

Tanrıdan pay

Axıram qardaş içindən

Ana topraq sinəsindən

Pay verəm gül biçinindən

Bir günü səslən axıb sındıracam dil qınını

Izlirəm mən quca qartal qıyını

Babəkin gör səsini

Qır atın şihəsini

Göyxəzərdən alam axər saranın vay səsini

Ocaqımsan darama ğəm daragila başımı

Dən pozubdur qaşımı

Dağdakı yaddaşımı

Axsadıb sırdaşımı

Izn ver ey ulu topraq !

Mən axanda o uca zirvələrindən …

Darayım qanli şəlaləylə büzülmüş telimi

Sıxmasın buz belimi

güldürüm öz elimi

Arazam mən

Bir suçum yox

Gönahım yox

Ulu tanrı kərəmindən

Əsli aldi kərəmindən

İrağ oldum mən evimdən

Gönahım yox neyləyim mən

Siz çəkibsiz məni sərhəd

Siz yaratdiz hicri həlbət

Fətəlilər qol atanda

Türkəmənçay- gülüstanda

Mən nəciydim?

Arazydım

Mahnılarda hələ gəmsiz avazıydım

Məni artiq qınqmayın

Arazam mən

Ayrılıqdan sınamayın dayazam mən

Geçən olsa !

Pınarımdan içən olsa

Gileyim var atam oğlu

Qarqayirsiz mənə dayim sağlı- sollu

Qışqırısız hələ bollu

Araz eyyyyyyy sultan arazım

Ya guru – ya yan arazım

Sən ayırdın bacı qardaşlı evi

Bircə sırdaşlı evi

Belədirsə: donacam mən belə qarqışlara bir gün

Nəki üzdən belə düzgön

Ta görək kimdir arazdan geçənim

yadı –yardan seçənim

Arazam mən

Kim deyir parçaladım bir ulusu

Axınım qanlı ürəklərdən axan dum – duru su

Ancaq əsrin qılıcı

İki yad fikri acı

Kəsdi – böldü qyqacı

İstəyirsən taxasan zirvəyə bayrağ

Ddurma diklən yamacı

Ayrılıqdan daha üstün olabilməz bir acı

Arazam mən

Mənə kəskin qılıc ad vermiyəsiz

Araz olmaz yiyəsiz

Belı sırhıd meni siz saxlamısız

Özgılırdın daha az yoxlamısız

İsfəhanlı demə zayənde ruda bərk yetirib

Dört yanında qatarı güllü çiçekler bitirib

Denə geçmişdə mənim başçılarım

Gah şahabbas çayın üstündə vurub körpüləri

Addima köprüdür xalqı yeridir

Sevgili kəslərin oylaq yeridir

Gah xətayi

Çəkdirib

Şahe nadirdən əcəb rəsmiləri

Ama mənsə !...

Hələ yadlar əlilə mərz olunub

Qarqanıram

Günü –gündən elimin nisgilinə

Bu yamanlara gərək dağda sinə

Ama mənsə lam axıb dinməyirəm

Elimin böhtanina sinməyirəm

Daha bəsdir!

Sağlı- sollu

Verəğin əl - ələ biz

Siz salın köprünü üstünmdə gözəl – şanlı –təmiz

Bu işə bəlkə gülüşsün halı pozgunlu Təbriz

Fərəh olsun sinəmiz

Sizi tarı: eşidin xan Arazam mən

Gəlin artıq məni sərhəddidən ashistə pozun

Hərt –o- qərt olsada axər bu qumari uduzun

Qoy seyirsin mənim üstümdə gözəl körpələrim

Neçə ildir köt

ü

qarqışlara məndə mələrim

Himmət olsa köynəgin döymələrin döymələrim

Mən sevincdən yanağa su çilərim

Az qalıbdır

Araz olsun elə oylaq məkani

Düşmana göz tikanı

Ona qarşı deyaqın

Qışlarin üstündə durarkən hamımız

Ki nəyəm mən ?

Arazam mən

Bir axar çay

Tanridan pay.

Bəhmən araz